• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Bu ölkə tarixində ən isti yay qeydə alındı

DÜNYA

01 Sentyabr 2026 | 20:12 | Müəllif: Subhan Mahmudov

Bu ölkə tarixində ən isti yay qeydə alındı

Belçikada müşahidələr tarixində ən isti yay qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Belçikanın Kral Meteorologiya İnstitutu (RMI) açıqlama yayıb.

RMI-nin açıqlamasında qeyd olunub ki, iyunun 16-dək hava temperaturu mövsümi normalardan aşağı olub, lakin həmin tarixdən sonra kəskin şəkildə yüksəlib.

Açıqlamada vurğulanıb ki, 1833-cü ildə müşahidələrin aparılmasına başlanılandan bəri ilk dəfə olaraq orta yay temperaturu Selsi şkalası ilə 20 dərəcəni keçib (bu, ən isti yay kimi qeydə alınıb)

Həmçinin xatırladılıb ki, əvvəlki rekord 2018-ci ildə orta hesabla 19,9 dərəcə ilə müəyyən edilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026