ABŞ ordusunun Sistan və Bəlucistan, eləcə də Hörmüzqandakı bəzi nöqtələrə etdiyi hava hücumuna cavab olaraq, İran Silahlı Qüvvələri Amerikaya sarsıdıcı zərbələr endirəcək.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının bəyanatında bildirilib.
"Amerika ordusu belə addımlar atdığı təqdirdə, daha çox və ağır zərərlərə dözməlidir".
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı zərbələr endirib. İran mediası da ölkənin bəzi ərazilərində partlayışların baş verdiyini açıqlayıb. Son məlumata görə, Qeşm adasında un fabriki, Sirikdə limanlar idarəsinin qülləsi və neft terminalı hücuma məruz qalıb.




