• Bakı 23° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Peskov: Almaniyanın PUA insidenti ilə bağlı Rusiyaya qarşı ittihamları əsassızdır

DÜNYA

01 Sentyabr 2026 | 22:41

Peskov: Almaniyanın PUA insidenti ilə bağlı Rusiyaya qarşı ittihamları əsassızdır

Almaniya Rusiyanı Leypsiqdəki pilotsuz uçuş aparatı (PUA) insidentində əli olmaqda təqsirləndirərək, vəziyyəti daha da gərginləşdirir.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, bu ittihamlar Berlin tərəfindən heç bir arqumentlə əsaslandırılmayıb.

Daha əvvəl məlum olub ki, Almaniya hakimiyyəti ölkə ərazisinə PUA zərbəsi cəhdinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Bununla əlaqədar Berlin Moskvaya qarşı bir sıra tədbirlər görüb, onların arasında Rusiyanın Bonndakı baş konsulluğunun bağlanması, rusiyalılar üçün ölkəyə giriş qaydalarının sərtləşdirilməsi və Aİ çərçivəsində Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi təşəbbüsü yer alır.

"Bunu şərh etmək çətindir, çünki əgər belə ciddi ittihamlar səslənirsə, onlar nə iləsə əsaslandırılmalıdır. Əgər yanılmıramsa, heç bir arqument təqdim edilməyib. Açıq-aşkardır ki, bununla Almaniya gərginliyi daha da artırır", - Peskov Almaniya hakimiyyətinin qərarlarını şərh edərkən jurnalistlərə bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR