• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Türkiyə və Gürcüstan terrorizmə qarşı birgə mübarizə aparacaq

DÜNYA

01 Sentyabr 2026 | 20:17

Türkiyə və Gürcüstan terrorizmə qarşı birgə mübarizə aparacaq

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Tbilisidə rəsmi səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Gürcüstan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında sıx və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün gələcək prioritetləri müəyyən edilib.

Mütəşəkkil cinayətkarlığa, qanunsuz miqrasiyaya, terrorizmə qarşı birgə mübarizə barədə razılıq əldə olunub.

Nazirlər mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, onun daha da inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR