• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

CƏMİYYƏT

01 Sentyabr 2026 | 21:23

Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirləri davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Murovdağ istiqamətində itkin düşmüş şəxslərlə bağlı sahə üzrə axtarış və yoxlama tədbirləri xüsusilə mürəkkəb şəraitdə həyata keçirilir.

“Sıx duman, soyuq hava, sıldırım yamaclar, dar dağ yolları və sürətlə dəyişən dağ şəraiti görülən işləri daha da çətinləşdirir. Buna baxmayaraq, bu işlərə cəlb olunmuş heyət zəruri təhlükəsizlik qaydalarına əməl etməklə öz fəaliyyətini ardıcıl və məsuliyyətlə davam etdirir”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Dövlət Komissiyası bu gün daha bir açıqlama yayıb. Bildirilib ki, 31 avqust 2026-cı il tarixinə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR