• Bakı 23° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Azərbaycan idmançılarının reytinq cədvəli

İDMAN

01 Sentyabr 2026 | 19:21

Azərbaycan idmançılarının reytinq cədvəli

Azərbaycan idmançılarının 2026-cı ilin sentyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci sıradakı mövqeyini qoruyub.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "üçlüy"ü qapayır.

Növbəti sıralarda Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Qaşim Maqomedov (taekvondo, 305 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR