• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Gedən kimi orada qol vurdu

İDMAN

01 Sentyabr 2026 | 20:35

Gedən kimi orada qol vurdu

“Qarabağ”ın sabiq müdafiəçisi Dani Bolt Malayziyanın “Johor Darul Ta'zim” klubunun heyətində ilk qoluna imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, braziliyalı futbolçu Malayziya FA Kubokunun I turunda səfərdə “Damansara” komandasının qapısına yol tapıb.

Meydana əsas heyətdə daxil olan 26 yaşlı cinah müdafiəçisi qarşılaşmanın 29-cu dəqiqəsində fərqlənərək komandasının ikinci qolunu vurub. Matç “Johor”un 4:1 hesablı darmadağını ilə başa çatıb.

Məlumat üçün bildirək ki, Dani Bolt bu yay “Qarabağ”dan Malayziya təmsilçisinə transfer olunmuş kolumbiyalı müdafiəçi Kevin Medina ilə də komanda yoldaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR