• Bakı 23° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

“Barselona” Qabriel Jezusun transferini elan etdi

İDMAN

01 Sentyabr 2026 | 19:54

“Barselona” Qabriel Jezusun transferini elan etdi

“Barselona” klubu Londonun “Arsenal” komandasından braziliyalı hücumçu Qabriel Jezusla müqavilə imzaladığını rəsmən elan edib.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqaviləyə qol çəkiblər.

Məlumata görə, bu transfer kataloniyalılara 10 milyon avroya başa gəlib. Bundan əlavə, London təmsilçisi təcrübəli hücumçunun yeni komandasındakı çıxışından və qazanacağı uğurlardan asılı olaraq əlavə bonuslar da əldə edəcək.

Xatırladaq ki, Jezus 2022-ci ilin yayından “topçular”ın şərəfini qoruyurdu. Bu müddət ərzində 29 yaşlı braziliyalı forvard bütün turnirlərdə keçirdiyi 123 oyunda 32 qol vurub və 22 məhsuldar ötürmə müəllifi olub. Onun London klubu ilə əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.

Nüfuzlu “Transfermarkt” portalı braziliyalı ulduzun hazırkı bazar dəyərini 17 milyon avro qiymətləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR