• Bakı 16° C

    2.17 m/s

Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili YANDIRDI

HADİSƏ

02 Sentyabr 2026 | 00:27 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili YANDIRDI

Sumqayıt şəhərinin Corat bağları ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, yanğının ev sahibinin oğlu (şəxsiyyəti dəqiqləşdirilir – red) tərəfindən törədildiyi bildirilir. O, polis əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.

Hadisənin təfərrüatları və yanğının dəqiq səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026