Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov bacısı Sura Səfəralı qızı Qurbanovanı bıçaqlayıb.
Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaq zərbəsi endirib.
Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




