• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Tibb işçilərinə ŞAD XƏBƏR: Maaşlar artıb

CƏMİYYƏT

02 Sentyabr 2026 | 11:35

Tibb işçilərinə ŞAD XƏBƏR: Maaşlar artıb

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.

    O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunub və bu, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək: “Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir”.

    O qeyd edib ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

    Bildirilib ki, əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Sentyabr 2026