• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

CƏMİYYƏT

02 Oktyabr 2026 | 10:21 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycanda işçilərin ezamiyyət qaydaları dəyişib

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarına dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

    Dəyişikliyə əsasən, bundan sonra fiziki şəxs olan işəgötürənlər də işçilərini rəsmi qaydada ezamiyyətə göndərə biləcəklər.

    Belə ki, işçinin fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı ilə müəyyən müddətə başqa yerə iş tapşırığını yerinə yetirmək üçün göndərilməsi ezamiyyət hesab olunacaq.

    Ezamiyyətlə bağlı sənədlərdə də artıq yalnız müəssisə və ya təşkilatın deyil, fiziki şəxs olan işəgötürənin məlumatlarının göstərilməsi nəzərdə tutulur.

    Beləliklə, ezamiyyət qaydaları təkcə dövlət qurumları, müəssisə və təşkilatlarda çalışanlara deyil, fiziki şəxsin yanında əmək müqaviləsi ilə işləyən şəxslərə də şamil ediləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Noyabr 2026