• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

DÜNYA

02 Sentyabr 2026 | 00:00 | Müəllif: Subhan Mahmudov

Tramp: Bugünkü zərbələr İranın radarlarını hədəf seçib

ABŞ-nin çərşənbə axşamı İrana endirdiyi zərbələr radarları hədəfə alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.

"Onlar radarları təmir etməyə çalışıblar, çünki radarsız onlar tamamilə kor olurlar. Təmir işləri başa çatana qədər gözlədik və zərbə endirdik", - o deyib.

Tramp yenidən İranı bölgədəki ABŞ hədəflərinə qarşı cavab zərbələrini davam etdirəcəyi təqdirdə daha güclü zərbələrlə hədələyib.

Amerika lideri əlavə edib ki, Tehranla razılaşmaya can atmır. "Düşünmürəm ki, onlarla razılaşma yazılan kağıza dəysin. Biz onlara çoxlu şans vermişik", - Tramp fikirlərini yekunlaşdırıb.

"Axios" portalı daha əvvəl xəbər vermişdi ki, Tramp və onun yüksək vəzifəli köməkçiləri Tehranın boğazdakı gəmilərə hücum etmək üçün radar və raket imkanlarını bərpasının qarşısını almaq üçün İranın Hörmüz yaxınlığındakı obyektlərinə məhdud hücumlar etməyi nəzərdən keçirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026