• Bakı 26° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

ABŞ-də HDQ-nin komandanı BU ŞƏXS ola bilər

DÜNYA

02 Sentyabr 2026 | 08:43

ABŞ-də HDQ-nin komandanı BU ŞƏXS ola bilər

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edən Hunq Kaonun bu vəzifəyə namizədliyini irəli sürüb.

Bakıvaxtı.az-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində bildirib.

"Əsl döyüşçü Hunq Kaonun namizədliyini Hərbi Dəniz Qüvvələrinin növbəti naziri vəzifəsinə irəli sürməkdən məmnunam", - Tramp yazıb.

ABŞ Prezidenti həmçinin Senatı Kaonu vəzifəsində davam etdirə bilməsi üçün mümkün qədər tez təsdiqləməyə çağırıb.

Kao Con Pelanın istefasından sonra apreldən bəri Hərbi Dəniz Qüvvələri naziri vəzifəsini icra edir. Əvvəllər o, Hərbi Dəniz Qüvvələri nazirinin müavini vəzifəsində çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026