Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkan hiss olunmayıb.




