• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Venesuela ABŞ ilə neft müqaviləsi imzalayıb

İQTİSADİYYAT

02 Sentyabr 2026 | 12:20 | Müəllif: Gülşən Şərif

Venesuela ABŞ ilə neft müqaviləsi imzalayıb

Venesuela Milli Assambleyası ABŞ ilə neft müqaviləsini təsdiqləyib. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Assambleyanın prezidenti Xorxe Rodriges bildirib.

O, bildirib ki, fövqəladə sessiya zamanı ölkə üçün həyati əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

"Venesuela ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli enerji müqaviləsinin elan edilməsini dəstəklədik", - deyə Rodriges qeyd edib.

Qeyd edək ki, ABŞ Venesuela ilə dünya tarixinin ən böyük neft sazişini imzalayıb. Saziş çərçivsində Venesuelada 65 milyard bareldən çox neft ehtiyatları üzərində ABŞ-nin nəzarəti təsdiqlənib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026