• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Çip bazarında BÖYÜK GEDİŞ 

DÜNYA

02 Sentyabr 2026 | 12:56

Çip bazarında BÖYÜK GEDİŞ

Tayvan şirkətləri süni intellektə (AI) tətbiqlərinə artan tələbat fonunda ABŞ-yə əlavə 20 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Tayvanın iqtisadiyyat naziri Kunq Min-hsin bildirib ki, yeni investisiyalar əsasən süni intellekt texnologiyalarına olan yüksək tələbatla əlaqədardır. Şirkətlərin adları açıqlanmasa da, investisiyaların ABŞ-də yarımkeçirici istehsalının genişləndirilməsinə yönələcəyi bildirilir.

Məlumata görə, bu addım ABŞ-nin yerli çip istehsalını gücləndirmək məqsədi daşıyan CHIPS proqramı çərçivəsində texnoloji təchizat zəncirinin şaxələndirilməsi istiqamətində atılan addımlardan biridir.     

Tayvanın ən böyük çip istehsalçılarından biri olan TSMC də iyul ayında ABŞ-dəki layihələrinə əlavə 100 milyard dollar investisiya yatıracağını açıqlamışdı. Bununla şirkətin ABŞ-dəki ümumi planlaşdırılan investisiyalarının həcmi 265 milyard dollara çatıb. 

Ekspertlər hesab edirlər ki, süni intellekt sistemlərinin sürətli inkişafı qabaqcıl prosessorlara və yaddaş çiplərinə tələbatı artırır. Bu isə yarımkeçirici istehsalını qlobal texnologiya rəqabətinin əsas istiqamətlərindən birinə çevirir. 

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026