• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradır - RƏY 

SİYASƏT

02 Sentyabr 2026 | 13:00

Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradır - RƏY

"Azərbaycanın son illərdə həyata keçirdiyi fəal xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirib. Xüsusilə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişlənməsi və beynəlxalq platformalarda fəal iştirak Azərbaycanın regional proseslərdə artan rolunu göstərir".

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Qırğızıstana etdiyi səfərlər Azərbaycan-Qırğızıstan əlaqələrinin strateji xarakter daşıdığını bir daha nümayiş etdirir. İki ölkə arasında müttəfiqlik münasibətlərinin formalaşması siyasi dialoqun daha da dərinləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin yaranmasına imkan verir.   

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri də ardıcıl şəkildə inkişaf edir. Ölkəmizin təşkilatla dialoq tərəfdaşlığından irəli gələn imkanları genişləndirməsi siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq üçün əlavə perspektivlər yaradır. 

Deputat Azərbaycanın coğrafi mövqeyinin bu prosesdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının ölkə ərazisindən keçməsi, Orta Dəhlizin inkişafı və mühüm logistika layihələrinin həyata keçirilməsi Azərbaycanın Avrasiyada tranzit əhəmiyyətini artırır.

Vüqar Rəhimzadə, deputat

“Azərbaycanın enerji, nəqliyyat və logistika imkanları ölkəmizi regional əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevirir. Çin və Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin genişlənməsi bu potensialdan daha səmərəli istifadə üçün yeni imkanlar açır”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin irəliləməsi də regionun iqtisadi və nəqliyyat xəritəsində mühüm dəyişikliklər yarada bilər. Sülhün möhkəmlənməsi yeni bağlantıların qurulmasına, ticarət əlaqələrinin genişlənməsinə və regional layihələrin reallaşmasına əlverişli şərait formalaşdırır.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Bişkekdə keçirdiyi görüşlərin Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olduğunu bildirib. Onun fikrincə, bu təmaslar Azərbaycanın həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli platformalarda fəal və təşəbbüskar mövqeyini nümayiş etdirir.

Deputat qeyd edib ki, Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasəti ölkənin regional və beynəlxalq əməkdaşlıq imkanlarını bundan sonra da genişləndirməyə xidmət edəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026