• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Silivridə gəmi qəzası: 10 nəfərlik heyətdən XƏBƏR YOXDUR - YENİLƏNİB

DÜNYA

02 Sentyabr 2026 | 12:11 | Müəllif: Zeynəb Rzayeva

Silivridə gəmi qəzası: 10 nəfərlik heyətdən XƏBƏR YOXDUR - YENİLƏNİB

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

    Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırış saat 03:26-da daxil olub. Onun sözlərinə görə, gəmi cəmi 11 dəqiqə ərzində çox sürətlə batıb.

    ***

    09:00

    Mərmərə dənizində, Silivri sahillərindən təxminən 18 dəniz mili cənubda Türkiyə bayrağı altında üzən iki ticarət gəmisi toqquşub.

    Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, Kocaeli-Aliağa marşrutu üzrə hərəkət edən "ALSU" gəmisi ilə İsgəndəründən Qara dəniz Ereğlisinə gedən "TUĞBERK İMAMOĞLU" gəmisi arasında baş verən qəza nəticəsində "TUĞBERK İMAMOĞLU" gəmisi və onun 10 nəfərlik heyəti ilə əlaqə kəsilib.

    İstanbul Valiliyinin məlumatına görə, əraziyə Sahil Mühafizəsi və Sahil Təhlükəsizliyi xidmətinin çoxlu sayda gəmisi və helikopteri cəlb olunub. Qəzada ciddi xəsarət almadığı müəyyən edilən "ALSU" gəmisindən fərqli olaraq, itkin düşən gəmi və heyətin axtarış-xilas etmə əməliyyatları havadan və dənizdən intensiv şəkildə davam etdirilir.

    Zeynəb Rzayeva


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Sentyabr 2026