Balqabağın optimal porsiyası gündə 200-400 qramdır.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rus dietoloq Anton Polyakov deyib.
Dietoloqun sözlərinə görə, qeyd olunan porsiya həzmə və selikli qişanın bərpasına kömək edən lif və pektinlə zəngindir. Bundan əlavə, lif bağırsaqlarda artıq xolesterolun bağlanmasına kömək edir. Balqabaq həmçinin ürək-damar sağlamlığı üçün vacib olan C vitamini, beta-karoten, kalium və maqnezium ehtiva edir.
Polyakov əlavə edib ki, balqabaq toxumları sink mənbəyidir və parazit problemləri üçün faydalı ola bilər. Bundan başqa, balqabağın düzgün bişirilmə üsulu onun qida xüsusiyyətlərinin qorunmasına birbaşa təsir göstərir. Belə ki, 180 dərəcədən aşağı temperaturda bişirmək ən təsirli üsuldur.
Gülşən Şərif




