• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Uşaqlar üçün QIZIL QAYDA: Həftədə 5 gün...

CƏMİYYƏT

02 Sentyabr 2026 | 15:20

Uşaqlar üçün QIZIL QAYDA: Həftədə 5 gün...

“Uşaqların immun sistemini möhkəmləndirmək üçün düzgün qidalanma və yuxu rejimi vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, temperatur dəyişiklikləri uşaqlara termorequlyasiya sistemlərinin daha zəif olması səbəbindən daha çox təsir göstərə bilər. Bu səbəbdən valideynlər mövsüm keçidində uşaqların sağlamlığına xüsusi diqqət yetirməlidirlər.

“Uşaqların immun sistemini möhkəmləndirmək üçün düzgün qidalanma, normal yuxu rejimi və fiziki aktivlik çox önəmlidir”, - deyə G.İsmayılova vurğulayıb.

Terapevt uşaqların mütəmadi olaraq təmiz havada olmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, fiziki aktivlik həftənin ən azı beş günü, gündə təxminən 30 dəqiqə həyata keçirilməlidir.

G.İsmayılova uşaqların telefon və sosial şəbəkələrdən həddindən artıq istifadəsinin də qarşısının alınmasını tövsiyə edib. O bildirib ki, uşaqların mental sağlamlığına diqqət yetirmək və peyvəndlərini vaxtında etdirmək də payız-qış dövründə xəstəliklərdən qorunmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR