• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Səhər oyanan kimi gün işığına çıxın - SƏBƏB 

CƏMİYYƏT

02 Sentyabr 2026 | 15:17

Səhər oyanan kimi gün işığına çıxın - SƏBƏB

“Eyni vaxtda yatıb oyanmaq sağlam yuxu rejiminin əsas şərtlərindəndir”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, orqanizmin sağlam fəaliyyəti üçün gecə ərzində 7-8 saat keyfiyyətli yuxu vacibdir. Onun sözlərinə görə, yuxu rejiminin qorunmasında hər gün eyni vaxtda yatıb oyanmaq mühüm rol oynayır.

G.İsmayılova qeyd edib ki, yay aylarında pozulmuş yuxu rejimini bərpa etmək üçün yuxu saatını birdən-birə bir neçə saat dəyişmək düzgün deyil. Bunun əvəzinə yatma vaxtını tədricən, təxminən 30 dəqiqəlik intervallarla daha erkən saata çəkmək məsləhətdir.

Terapevt vurğulayıb ki, gec yatılsa belə, səhər eyni vaxtda oyanmağa çalışmaq lazımdır. Yuxudan sonra gün işığına və təmiz havaya çıxmağın da oyanmağa kömək etdiyini bildirən mütəxəssis bunun beyində serotonin ifrazını artırdığını, yuxu hormonu olan melatoninin isə azalmasına səbəb olduğunu qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR