İstehlakçıların sağlamlığının qorunması məqsədilə qida məhsullarının etiketində göstərilməsi zəruri olan 14 allergenlə bağlı tələblərə diqqət yetirin.
Bakıvaxtı.az xəbər verir ki, 1 yanvar 2027-ci il tarixindən etibarən qayda qüvvəyə minir.
Əgər məhsulunuzun tərkibində allergenlərdən hər hansı biri varsa, bu barədə məlumat etiketdə aydın şəkildə göstərilməlidir.
Allergen riski yalnız istifadə olunan xammalla bağlı deyil. Eyni istehsal xəttində və ya ortaq avadanlıqlarda müxtəlif məhsulların hazırlanması da çarpaz çirklənmə riski yaradır.
Bu səbəbdən:
İstehsal xətlərinizdə allergen risklərini müəyyənləşdirin;
Çarpaz çirklənmə ehtimalını qiymətləndirin;
Etiket məlumatlarını vaxtında yeniləyin.
İstehlakçıya doğru və aydın məlumat vermək qida təhlükəsizliyinin mühüm şərtlərindən biridir.




