Ukrayna Müdafiə Qüvvələri avqustun sonlarında iki Rusiya təyyarəsinin məhv edildiyini təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
Bildirilib ki, 27 avqustda Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətindəki Millerovo aerodromu yaxınlığında Rusiyanın MiQ-29 təyyarəsini məhv edib. Həmçinin 30 avqustda Krasnodar vilayətindəki Yeysk aerodromu yaxınlığında Rusiyanın Ka-27 helikopteri vurulub.




