• Bakı 23° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Elvin əməliyyat olundu

İDMAN

02 Sentyabr 2026 | 19:17

Elvin əməliyyat olundu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR