• Bakı 22° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib

CƏMİYYƏT

02 Sentyabr 2026 | 16:48 | Müəllif: Əli Hüseynov

Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 28 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, rəqabətli keçən hərracda start qiyməti 12 000 manat olan "BMW 520I" markalı avtomobil 33 500 manata, ilkin qiyməti 9 000 manat olan "BMW 740LI" markalı nəqliyyat vasitəsi 26 000 manata, ilkin qiyməti 6 000 manat olan "Toyota Camry" markalı avtomobil isə 15 600 manata satılıb.

Növbəti hərraclar 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026