"TRT1" kanalında yayımlanan "Teşkilat" serialına yeni aktrisa daxil olacaq.
Bakıvaxtı.az xəbər verir ki, ekran işində Zehra Yılmaz rol alacaq. O, layihədə baş rol ifaçısı Tolqa Sarıtaşın xanımı "Beren"i canlandıracaq.
Serialın 7-ci mövsümü 7 il fərqlə başlayacaq və Zehra 2 bölümdə çəkiləcək.




