• Bakı 23° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

İmişlidə avtomobil YANDI - FOTOLAR

HADİSƏ

02 Sentyabr 2026 | 21:22

İmişlidə avtomobil YANDI - FOTOLAR

İmişli rayonunda minik avtomobilinin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 19 radələrində İmişli rayonu Qaradonlu kəndi ərazisində çöllük sahədə qeydə alınıb. Cavid Bayramova məxsus “Mercedes” markalı minik avtomobilində başlayan yanğın qısa müddətdə güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.


İmişlidə avtomobil YANDI - FOTOLARİmişlidə avtomobil YANDI - FOTOLARİmişlidə avtomobil YANDI - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR