• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Uber qlobal işçi qüvvəsini 10% azaltmağı planlaşdırır

DÜNYA

02 Sentyabr 2026 | 16:44 | Müəllif: Gülşən Şərif

Uber qlobal işçi qüvvəsini 10% azaltmağı planlaşdırır

Amerikanın avtomobil sifarişi və yemək çatdırılması şirkəti olan "Uber Technologies Inc." idarəetmənin azaldılmasına yönəlmiş genişmiqyaslı yenidənqurmanın bir hissəsi olaraq qlobal işçi qüvvəsini 3300 nəfər və ya təxminən 10% azaltmağı planlaşdırır.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Uber-in baş direktoru Dara Xosrovşahi işçilərə məktub ünvanlayıb.

Qeyd olunub ki, yenidənqurmanın bir hissəsi olaraq, şirkətdəki menecerlərin sayı 20% azaldılacaq. Şirkət bir və ya iki nəfərlik komandaların sayını yarıya endirəcək və müəyyən şöbələri birləşdirəcək.

Şirkət ixtisarlar nəticəsində qənaət edilən vəsaiti əsas sahələrdə biznesini inkişaf etdirməklə yanaşı, sürücülərin, kuryerlərin və satış işçilərinin əmək haqlarını artırmaq üçün istifadə edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026