• Bakı 25° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Almaniyadan Rusiya vətəndaşları ilə bağlı yeni QƏRAR

DÜNYA

03 Sentyabr 2026 | 12:32

Almaniyadan Rusiya vətəndaşları ilə bağlı yeni QƏRAR

Rusiya vətəndaşlarının Almaniyaya turist səfərləri əvvəlki formatda davam edə bilməz, çünki Rusiya təcavüzkar müharibə apararkən normallıq yoxdur.

Bakıvaxtı.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Giese deyib.

Onun sözlərinə görə, sentyabrın 1-də Leypsiq hava limanında baş verən və Almaniya hakimiyyətinin Rusiyanı günahlandırdığı dron hadisəsinə cavab olaraq Berlin Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti gücləndirəcək:

"Bu cür vizaların verilməsi qərarı ölkədən ölkəyə dəyişir. Biz bu məsələ ilə bağlı Avropa İttifaqındakı tərəfdaşlarımızla danışıqlar aparacağıq. Verilən vizaların sayını daha da azaltmaq istəyirik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026