• Bakı 25° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Həkimlərdən sonra müəllimlərin də MAAŞI ARTACAQ? 

CƏMİYYƏT

03 Sentyabr 2026 | 14:00

Həkimlərdən sonra müəllimlərin də MAAŞI ARTACAQ?

Ötən gün TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı artırılıb. Belə ki, islahat 15 804 həkimi, 36 041 orta və 20 367 kiçik tibb heyəti işçisini əhatə edib. Yeni qaydalara görə, artımlar ümumilikdə 74- 17 faiz aralığında təşkil edir.

TƏBİB-də işçilərin maaşı artdandan sonra sosial şəbəkələrə müəllimlərin də maaşlarının artırılması ilə bağlı fikirlər səsləndirilib. Bəs görəsən, belə bir qərar müəllimlərə də şamil edilə bilərmi?

Təhsil eksperti Məzahir Məmmədli Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.

O, bildirib ki, müəllimlərin əməkhaqqının nizamlanması sertifikasiya nəticələrinə əsasən təyin olunur.

"Müəllimlərin əməkhaqlarının qaldırılması ilə bağlı dəfələrlə fikir səslənib. Xüsusən də Milli Məclisdə "Təhsil haqqında" qanunun müzakirəsi zamanı irəli gələn fikirlərdən biri idi. Müəllimlərin sertifikasiya nəticələrinə əsasən, 31 faiz nəticə göstərənlərin əməkhaqqısına 10 faiz, 51 faizdən yuxarı nəticə göstərənlərin əməkhaqqılarına isə 35 faiz əlavə olunur. Hələlik nəzərdə tutulan artımlar bu formadadır. Ümumilikdə əməkhaqlarının artırılması ilə bağlı təşəbbüs ya Milli Məclisdən, ya da hökumət tərəfindən həyata keçirilməlidir", - deyə o diqqətə çatdırıb.

M. Məmmədli hesab edir ki, indiki məqamda sözügedən təşəbbüsün reallaşacağı gözlənilmir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026