ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən neftin həcminin gündəlik 18 milyon barelə qədər bərpa olunduğunu göstərən infoqrafika paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" səhifəsində məlumat verib.
Məlumata görə, Yaxın Şərqdəki münaqişə başlamazdan əvvəl bu göstərici sutkada 20 milyon barel təşkil edirdi.
Paylaşılan şəklin üzərində "Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmi bərpa olunub" sözləri qeyd edilib.
Hörmüzlə bağlı yeni göstəricilər açıqlandı: ABŞ prezidenti nəyə işarə edir? - FOTO
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin energetika naziri Kris Rayt CNBC telekanalına verdiyi müsahibədə sentyabrın 1-də Hörmüz boğazından neft nəqlinin həcminin 17 milyon bareli ötdüyünü bildirmişdi.





