• Bakı 24° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

"Pul çox olduğuna görə, çoxu bu sahəyə meyl edir" - Sərdar Cəlaloğlu

CƏMİYYƏT

03 Sentyabr 2026 | 16:14

"Pul çox olduğuna görə, çoxu bu sahəyə meyl edir" - Sərdar Cəlaloğlu

“Vətəndaşların estetik əməliyyatlara həddindən artıq çox meyl etməsi böyük problemdir". 

İxtisasca həkim olan tanınmış siyasətçi, ADP sədri Sərdar Cəlaloğlu bunu Bakıvaxtı.az-a açıqlamasında deyib. 

O, bildirib ki, sözügedən problemlə bağlı dəfələrlə çağırışlar edib: 

"Ümumiyyətlə, bədənə müdaxilənin özü çox ciddi bir travmadır. Bunu hansı məqsədlə etməyin heç bir fərqi yoxdur. Hətta xəstəliklərin müalicəsində belə həkimlər çalışırlar ki, bədənə travma yetirməsinlər. Çünki bədənin özünün anadangəlmə bir quruluşu var. Estetik əməliyyatlar ola bilsin ki, müvəqqəti olaraq hansısa effekt verə bilər. Ancaq uzaq gələcəkdə bu cür əməliyyatların hansı ağır nəticələrə səbəb olub-olmayacağını heç kim deyə bilməz”.

Həmsöhbətimiz əlavə edib ki, 10 ilə yaxındır ki, bu cür əməliyyatların sayı hədsiz çoxalıb: 

“Əvvəlki dövrdə yalnız tibbi göstəriş olanda estetik əməliyyatlara baş vurulurdu. Belə kütləvi xarakter aldığına, burada pul çox olduğuna görə, həkimlərin də bir çoxu, hətta ixtisası tibb olmayanlar da estetik əməliyyat aparmağa meyl edirlər. Adamlarımız öz orqanizminin gələcəyini düşünmədən hər cür estetik əməliyyata girirlər. Hesab edirəm ki, tibbi göstərişlər olmadan, estetik əməliyyatlara imkan vermək olmaz”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR