• Bakı 23° C

    0.25 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Məşhur musiqiçi ailəsi ilə birlikdə güllələndi - DETALLAR     

DÜNYA

03 Sentyabr 2026 | 16:59

Məşhur musiqiçi ailəsi ilə birlikdə güllələndi - DETALLAR

Meksikada məşhur musiqiçi Conatan Melendez, hamilə həyat yoldaşı və üç yaşlı qızı qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı ailənin 21 yaşlı ev işçisi də öldürülüb, ailənin iti isə pəncələri bağlı vəziyyətdə ölü tapılıb.

Altı yaşlı oğlan uşağı isə hadisədən sağ çıxıb. 

Meksika hakimiyyətinin məlumatına görə, qurbanlardan üçü başından, biri isə kürəyindən güllələnib. Melendez və həyat yoldaşı əlləri bağlı vəziyyətdə tapılıb. 

Hadisə ilə bağlı sentyabrın 2-də iki şübhəli saxlanılıb. Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfukun sözlərinə görə, saxlanılan şəxslərdən biri Melendezlə işgüzar münasibətdə olub və həmin şəxsin qurbanla olan etimad münasibətindən istifadə edərək evə daxil olduğu bildirilir. 

Hazırda istintaq davam edir və cinayətin dəqiq motivi araşdırılır.

Qeyd edək ki, 38 yaşlı Conatan Melendez Meksikanın məşhur indie-rok qrupu "Camilo Séptimo"nun bəstəkarı və prodüseri olub. 

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR