Günəşdə güclü partlayış qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 2-də axşam saatlarında Günəşdə gücünə görə ikinci ən yüksək sinif hesab edilən M sinifli partlayış baş verib.
Hadisə təxminən 39 dəqiqə davam edib.
Bundan əvvəl 2026-cı ilin yayında Günəşdə güclü partlayışların sayının ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artdığı açıqlanıb.




