• Bakı 24° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək

İDMAN

03 Sentyabr 2026 | 15:31

Edin Ceko bu tarixdə millidəki karyerasını bitirəcək

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko yığma karyerasına nə vaxt son qoyacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 40 yaşlı futbolçu sosial şəbəkə hesablarında UEFA Millətlər Liqasında oktyabrın 2-də İsveçlə keçiriləcək qarşılaşmanın onun üçün milli komandada son oyun olacağını bildirib.

Edin Ceko paylaşımında Bosniya və Herseqovina millisinin formasını geyinməyin onun üçün xüsusi qürur mənbəyi olduğunu vurğulayıb.

"Karyeramda bu formanı geyindiyim hər dəfə hiss etdiyim qürurla heç nə müqayisə oluna bilməz. Heç nə. Bu, futbol meydanında ölkəmi təmsil etmək şərəfinə nail olduğum 151 matçın hər birində özümlə daşıdığım uşaqlıq arzum idi. İlk dəfə olduğu kimi, hər zaman bununla qürur duymuşam. Türkiyə yığmasına qarşı keçirilən həmin matçdan, demək olar ki, 20 il ötüb. Çox şey dəyişdi, mən də dəyişdim, lakin bu formaya olan sevgim heç vaxt dəyişmədi. İndi kənara çəkilmək vaxtının gəldiyini hiss edirəm", - deyə E.Ceko qeyd edib.

Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 151 oyuna çıxıb və 73 qol vurub. O, iki dəfə dünya çempionatının final mərhələsində iştirak edib.

Bosniya və Herseqovina yığması DÇ-2026-da tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda 1/16 finalda ABŞ-yə 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Klub səviyyəsində Almaniyanın "Şalke 04" komandasında çıxış edən Edin Ceko-nun hazırkı transfer dəyəri 1 milyon avro qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026