• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək

İDMAN

03 Oktyabr 2026 | 09:32 | Müəllif: Gülşən Şərif

"Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək

"Turan Tovuz" bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyunu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matç saat 20:00-da start götürəcək. Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda "Turan" olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə "Fənərbağça" idi. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026