• Bakı 23° C

    0.21 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

SEPAH-ın baş komandanı ABŞ-ni hədələdi

DÜNYA

03 Sentyabr 2026 | 18:49

SEPAH-ın baş komandanı ABŞ-ni hədələdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi ABŞ qüvvələrinin ölkənin cənubuna endirdiyi zərbələrə sərt reaksiya verib.

Bakıvaxtı.az xəbər verir ki, Vahidi ABŞ qüvvələrinin Hörmüzgan əyalətinin Sirik rayonunda keçirilən toy mərasiminə endirdiyi hava zərbəsini kəskin şəkildə pisləyib.

General-mayor hücum nəticəsində onlarla İran vətəndaşının həlak olması və yaralanması ilə bağlı başsağlığı verib.

Vahidi ABŞ hakimiyyətinin bu hücumu “İran xalqının həyatındakı sevinc və şadlığı məhv etmək, günahsız mülki şəxslər arasında qorxu və dəhşət yaratmaq” məqsədilə həyata keçirdiyini iddia edib.

SEPAH komandanı hadisəni “terrorçu və insanlıqdan kənar əməl” adlandırıb.

Kədərli ailələrə ünvanladığı mesajında Vahidi “bu günahsız şəhidlərimizin qanı yerdə qalmayacaq” deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR