“Bank of Baku” ASC-də rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Zöhrab Niftəliyev bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Zöhrab Niftəliyev uzunmüddətli peşəkar təcrübəyə malikdir. O, 2008-2009-cu illərdə “AzStarNet” şirkətində, 2009-2011-ci illərdə isə “Azərsun Holdinq”də proqramçı olaraq fəaliyyət göstərib. 2011-ci ildən isə “Azercell Telekom” MMC-də fəaliyyət göstərməyə başlayıb. Burada 2021-ci ilədək Data mühəndisi, 2021-2026-cı illərdə isə Biznes sistemlərinə dəstək şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, Zöhrab Niftəliyev 2003-2007-ci illərdə Bakı Mühəndislik Universitetində Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı üzrə təhsil alıb




