• Bakı 25° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Sabah 35 dərəcə isti olacaq

CƏMİYYƏT

04 Sentyabr 2026 | 12:28

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

        Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

        Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

        Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

        Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

        Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.
        Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.


        Batıgöz reklamMedia İnkişaf

        SON XƏBƏRLƏR

        03 Sentyabr 2026