Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 6 sentyabrda Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfəri zamanı 2026-2027-ci illər üçün Qrenlandiyaya 200 milyon avro maliyyələşdirmə ayrılacağını açıqlayacaq.
Bakıvaxtı.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, vəsait əsas xammal, bərpa olunan enerji, sualtı kabellər, peyk rabitəsi və məlumat mərkəzlərinə yatırılacaq.
O cümlədən, vəsaitin bir hissəsi idarəetməni təkmilləşdirmək üçün Qrenlandiya hökumətinə ayrılacaq.
Avropa Komissiyasının prezidenti həmçinin Aİ ilə Qrenlandiya arasında iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bəyannamə imzalayacaq.
Gülşən Şərif




