• Bakı 16° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Üzr tələbinə raketlə cavab verdilər

DÜNYA

03 Oktyabr 2026 | 23:27 | Müəllif: Əli Hüseynov

Üzr tələbinə raketlə cavab verdilər

Şimali Koreya Cənubi Koreyanın sərhəddəki mina partlayışına görə rəsmi üzr istəməsi tələbindən sonra Yapon dənizinə doğru ballistik raket buraxıb.

Bakıvaxtı.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raketin Vonsan bölgəsindən buraxıldığını və 700 kilometrdən çox məsafə qət etdiyini açıqlayıb.

Seul ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını bildirib.

Raket sınağı Koreyalararası Demilitarizasiya Zonasında üç Cənubi Koreya əsgərinin yaralandığı mina partlayışından sonra baş verib. Seul və ABŞ-nin rəhbərlik etdiyi BMT Komandanlığı partlayışın Şimali Koreyanın sərhədin cənubunda yerləşdirdiyi minalardan qaynaqlandığını müəyyən edib.

Cənubi Koreya Prezidenti Li Ce Myunq Pxenyanı danışıqlara qayıtmağa çağırıb. Birləşmə naziri Çunq Donq Yonq da sərhəd məsələlərinin müzakirəsi üçün danışıqlar təklif edib.

Şimali Koreya liderinin bacısı Kim Yo Conq isə mina hadisəsinə görə məsuliyyəti rədd edərək, Seulun üzr tələbi və dialoq çağırışlarını “son dərəcə gülünc” və “real olmayan bir fantaziya” adlandırıb. O, Pxenyanın Seulun atacağı istənilən addıma hazır olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026