• Bakı 28° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Narkozlu halda sirlərimizi danışa bilərik? - Həkimdən AÇIQLAMA

CƏMİYYƏT

04 Sentyabr 2026 | 11:39

Narkozlu halda sirlərimizi danışa bilərik? - Həkimdən AÇIQLAMA

Narkoz zamanı insanın özünü idarə edə bilməyərək bütün sirlərini danışması ilə bağlı geniş yayılan fikir həqiqəti əks etdirmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə anestezioloq Aleksey Pıreqov danışıb.

Həkimin sözlərinə görə, insan narkoz altında öz sirlərini şüurlu şəkildə açıqlamır. Bununla belə, bəzi hallarda əməliyyat zamanı xəstə müəyyən sözlər deyə bilər. Ancaq narkozun təsiri altında beyin siqnalları fərqli şəkildə ötürdüyündən həmin sözlərin məntiqi mənasını anlamaq mümkün olmur.

Anestezioloq bildirib ki, bəzən mədəni və sakit bir xəstə qəfil söyüş söyə, başqa biri isə gözlənilmədən ingilis dilində danışa bilər.

Pıreqov həmçinin anesteziyanın insan ömrünü beş il qısaltması ilə bağlı fikri də təkzib edib. Onun sözlərinə görə, düzgün tətbiq edilən anesteziya orqanizmə zərər vermək üçün deyil, əməliyyat zamanı xəstəni qorumaq məqsədi daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026