Argentina prezidenti Xavyer Miley Böyük Britaniyanı Malvinas (Folklend) adalarını işğal etməkdə günahlandırıb.
Bakıvaxtı.az "BBC"yə istinadn xəbər verir ki, o, bunun qanunsuz olduğunu bildirib.
"Argentina dövlətinin mövqeyini dünyaya aydın şəkildə ifadə etmək istəyirəm. Malvinas adaları tarix və qanun baxımından Argentinaya məxsusdur. Adalar ölkəmizin yarandığı gündən bəri Argentina ərazisinin bir hissəsi olub. 1833-cü ildə Böyük Britaniya Malvinas adalarını işğal etdi, Argentina hakimiyyətini qovdu və müstəmləkə vəziyyəti yaratdı", - deyə prezident qeyd edib.
Britaniya Müdafiə Naziri Ues Stritinq Mileyin açıqlamasına cavab olaraq bildirib ki, Folklend adaları Britaniyaya məxsusdur, çünki adaların xalqı Britaniya olmağı seçir.
Gülşən Şərif




