Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryanın həbs müddəti daha iki ay uzadılıb.
Bakıvaxtı.az “Armenpress”ə istinadla xəbər verir ki, eks-mer iyunun 5-dən bəri barəsində seçilmiş həbs qətimkan tədbiri altında saxlanılır.
Keçmiş məmur vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilir.
Qeyd edək ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, Qaqik Beqlaryan 2004-2010-cu illərdə İrəvanın Kentron icmasının rəhbəri və şəhər meri vəzifələrində çalışarkən səlahiyyətlərindən sui-istifadə edib. O, ümumi dəyəri 2 milyard 327 milyon dram (təxminən 11 milyon AZN) olan 27 daşınmaz əmlakı özünün və ya yaxın şəxslərinin mülkiyyətinə keçirməkdə, daha sonra isə cinayət yolu ilə əldə edilmiş bu əmlakları leqallaşdırmaqda ittiham olunur.




