• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Həmin toya hücumu araşdırırlar

DÜNYA

04 Sentyabr 2026 | 12:51 | Müəllif: Əli Hüseynov

Həmin toya hücumu araşdırırlar

ABŞ İranda toyun keçirildiyi evə zərbə endirilməsi faktını araşdırmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. 

Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatlarının qeydlərini və hədəf seçimi prosedurunu araşdırır, amerikalı rəsmilər isə həmin ərazidə yerləşən həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunan rabitə qülləsinə zərbə endirildiyini iddia edirlər.  

Qeyd edək ki, sentyabrın 2-də İranın cənubundakı Sirik şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirilməsi nəticəsində 5 nəfər həlak olub, daha 67 nəfər yaralanıb. İran tərəfi hadisə yerindən götürülmüş ABŞ raketlərinin qalıqlarını nümayiş etdirsə də, Vaşinqton hələlik rəsmi olaraq həmin evə zərbə endirilməsini təsdiqləməyib. CENTCOM sözçüsü Tim Hokins isə ABŞ ordusunun heç vaxt mülki şəxsləri hədəf almadığını açıqlayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026