• Bakı 28° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

DİM imtahanlarında yeni tip tapşırıqlar gözlənilir

CƏMİYYƏT

04 Sentyabr 2026 | 11:30

DİM imtahanlarında yeni tip tapşırıqlar gözlənilir

“Qiymətləndirmə sistemi təhsil prosesinin istiqamətinə birbaşa təsir göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda bacarıq əsaslı qiymətləndirmənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir və gələcəkdə PISA tipli tapşırıqların Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda da tətbiqi mümkün ola bilər.

Bunu PISA beynəlxalq qiymətləndirməsi ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev media nümayəndələrinin sualını cavablandırarkən deyib.

Elnur Əliyev bildirib ki, qiymətləndirmə sistemi təhsil prosesinin istiqamətinə birbaşa təsir göstərir:

“Nəyi ölçürsənsə, sistem də ona yönəlir. Universitetlərə qəbul və buraxılış imtahanları nəyə fokuslanırsa, məktəblərin müəllimləri və şagirdləri də istər-istəməz diqqətlərini həmin istiqamətə artırmağa məcbur olurlar”.

Onun sözlərinə görə, bu, yalnız Azərbaycana xas məsələ deyil və dünyanın müxtəlif ölkələrində də müşahidə olunur.

Nazir müşaviri qeyd edib ki, Azərbaycanda artıq bir neçə ildir bacarıq əsaslı qiymətləndirmələr həyata keçirilir. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin tapşırığı ilə IV sinif şagirdlərinin oxu və riyazi bacarıqları üzrə monitorinqlər aparılır.

Elnur Əliyev bildirib ki, həmin şagirdlərin bir hissəsinin 2029-cu ildə 15 yaşı tamam olacaq. Bu isə onların PISA nəticələrini əvvəlki illərdə 15 yaşlı şagirdlərin nəticələri ilə müqayisə etməyə imkan verəcək.

Nazir müşaviri əlavə edib ki, Dövlət İmtahan Mərkəzi də son dövrlərdə PISA tipli, bacarıq əsaslı tapşırıqlar istiqamətində fəaliyyətə başlayıb.

Onun sözlərinə görə, gələcəkdə bu yanaşmanın DİM-in keçirdiyi imtahanlarda da tətbiq olunması gözlənilir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026