• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

DYP Bakıda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

CƏMİYYƏT

04 Sentyabr 2026 | 13:37

DYP Bakıda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər DYP İdarəsi paytaxtda yolda təmirlə bağlı sürücülərə xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a BŞDYPİ-dən bildirilib.

    Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, təmir işləri ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Sentyabr 2026