• Bakı 14° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Elgiz yeni verilişinin tarixini açıqladı

CƏMİYYƏT

03 Sentyabr 2026 | 22:52 | Müəllif: Zeynəb Rzayeva

Elgiz yeni verilişinin tarixini açıqladı

Tanınmış tele-aparıcı Elgiz Əkbər yeni verilişinin nə vaxt başlayacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, aparıcının "Şadlıq olsun” adlı yeni layihəsinin ilk buraxılışı sentyabrın 7-si saat 15:00-da təqdim olunacaq.

Aparıcı verilişin bütün sosial platformalarda yayımlanacağını qeyd edib.

"Sentyabrın 7-si saat 15:00-dan bütün sosial platformalarda ilk buraxılışımızla xidmətinizdəyik. Xeyir-dualarınıza ehtiyacımız var, dostlar”, – deyə o bildirib.

Qeyd edək ki, "Şadlıq olsun" proqramı "Youtube” platformasında təqdim ediləcək.

Xatırladaq ki, ötən mövsüm onun aparıcılıq etdiyi "Elgizlə izlə” verilişinin yayımı dayandırılıb. (azxeber.com)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026