Rusiyanın Tümen vilayətində 34 yaşlı kişi 10 yaşlı ögey oğluna qarşı cinsi təcavüz etməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tümen vilayətinin məhkəmə sisteminin birgə mətbuat xidməti məlumat yayıb.
Nijnetavdinski Rayon Məhkəməsinin hökmünə əsasən, əvvəllər məhkum olunmuş şəxs Rusiya Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ilə təqsirli bilinib.
Məhkəmənin məlumatına görə, kişi ağır alkoqol sərxoşluğu vəziyyətində yatmış ögey oğlunun otağına daxil olub və uşağın köməksiz vəziyyətindən istifadə edərək ona qarşı cinsi xarakterli hərəkətlər edib.
Hadisədən sonra uşağın anası ərini otaqda ağlayan vəziyyətdə görüb və polisə müraciət edib. Məhkəmədə təqsirləndirilən şəxs günahını tam etiraf edərək törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmə onun 13 il müddətinə cəza çəkməsinə qərar verib. Bundan əlavə, təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş mənəvi ziyana görə 350 min rubl təzminat ödəməlidir.
Həmçinin məhkəmə 2025-ci ildə ona verilmiş şərti cəzanı ləğv edib və həmin cəzanın çəkilməmiş hissəsini yeni cəzaya qismən əlavə edib.
Murad İsmayıl




